General Öztürk özünü qiyama cəhddə günahkar bilmədi

General Öztürk özünü qiyama cəhddə günahkar bilmədi «Anadolu» agentliyi Türkiyə Hərbi-Hava Qüvvələrinin keçmiş komandanı, general Akın Öztürkün özünü silahlı çevriliş cəhdində günahkar bilməsi ilə bağlı xəbəri saytdan çıxarıb, əvəzində başqa xəbər yerləşdirib.

Tehsil-press.az «RİA Novosti»yə istinadən bildirir ki. Həmin xəbərdə Öztürkün günahını etiraf etmədiyi deyilir.
Türkiyənin Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və Yüksək Hərbi Şuranın üzvü, iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin başçısı elan edilən general Akın Öztürkün ifadəsi ilə bağlı ziddiyətli xəbərlər yayılıb. Bundan əvvəl “Anadolu” agentliyi Akın Öztürkün prokurora verdiyi ifadədə hərbi çevriliş hazırladığını və həyata keçirməyə cəhd etdiyini etiraf etdiyi barədə xəbər yaymışdı. Lakin NTV telekanalı bildirir ki, Öztürkün ifadəsini əldə edib və orada general hərbi çevriliş cəhdində əli olduğunu inkar edir. Xəbərə görə Akın Öztürk ifadəsində bildirib:
“Hərbi çevrilişi planlaşdıran və həyata keçirən şəxs mən deyiləm. Bu çevrilişi kimin planlaşdırıb həyata keçirdiyini bilmirəm. İstanbulda bir dostumun qızının toyuna qatılmalıydım, gedə bilmədim. Sabah İzmirdə noter işlərim vardı, bunu sübut edə bilərəm. Akıncı aviabzasına təyyarələr enib-qalxırdı. Televiziyadan baş verənləri izləyirdim. Hava Qüvvələri komandanı mənə təyyarələrin alçaqdan uçuşlar həyata keçirməsinə müdaxilə etməmi istədi. 5 dəqiqə ərzində aviabazada olan Baş qərargah rəisinin yanına getdim. Çevrilişi əngəlləməyə çalışdım, bunun ən böyük şahidi Baş qərargah rəisidir”.
Xatırladaq ki, general Akın Öztürk həbs olunandan sonra onun alçaldıcı görüntüləri yayılıb. Öztürkün üzündə işgəncə əlamətləri görünür, onun qulağı sarğılıdır və kəsildiyi bildirilir.
Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk hərbi çevrilişdə iştirakını etiraf edib.
Bu barədə "Anadolu" agentliyi xəbər verib.
“Mən çevriliş etmək məqsədilə hərəkət etmişəm”, - deyə A.Öztürk məhkəmədə deyib.


Tehsil-press.az

Oxşar xəbərlər