Sarkisyan Ohanyana yeni müavin təyin etdi

Sarkisyan Ohanyana yeni müavin təyin etdi Bu barədə Ermənistan prezidentinin mətbuatı xidməti xəbər verib.

Ermənistan prezidenti Serj Sarkisyan müdafiə nazirinə yeni müavin təyin edib. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuatı xidməti xəbər verib.
Bu vəzifəyə general David Paxçanyan təyin olunub. Sarkisyan Paxçanyanı Müdafiə Nazirliyinin Hərbi Sənaye üzrə Dövlət Komitəsinin sədri təyin edib.
Aprelin əvvəlində cəbhə bölgəsində yaranan gərginlikdən sonra Serj Sarkisyan 3 generalı və bir neçə yüksək rütbəli zabiti vəzifəsindən azad edib.
Onun əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb. İşdən qovulanlar arasında baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var idi.
Sarkisyan Ohanyana yeni müavin təyin etdi
İşdən çıxarılan hərbçilər - sağda Alik Mirzəbekyan, solda Arşak Karapetyan

Aprel döyüşləri zamanı ordumuz tərəfindən dağıdılan Madagiz polkununkomandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib. Polkovnikin vəzifəsindən azad edilməsinin əsas səbəbi kimi aprel döyüşləri zamanı müəmmalı şəkildə yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra geri qayıtmasıdır.
Aprelin 4-də gecə saatlarında döyüşlərin qızğın getdiyi vaxtda qarşı tərəfin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 4-də axşam saatlarında qarşı tərəfin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.
Həmin gün cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən hərbi birliyimiz də qarşı tərəfin atəş vasitəsilə yaşayış məntəqələrimizə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıblar.


Tehsil-press.az[/size]

Oxşar xəbərlər