Oktyabrın 2-də Macarıstanda Avropa İttifaqının qaçqınlar siyasətinə həsr edilmiş referendum keçirilib. Seçicilərə yalnız bir sual verilib: “Avropa İttifaqının Macarıstan parlamentinin razılığı olmadan Macarıstan vətəndaşlığı olmayan şəxslərin ölkəyə köçürülməsi barədə qərar çıxarmasına razısınızmı?”
Tehsil-press.az-n Macarıstan mətbuatına istinadən xəbər verir ki, referendumda seçicilərin ümumi sayının 39,88%-i (3,2 milyon nəfər) iştirak edib. Referendum iştirakçılarının təxminən 95%-i qoyulmuş suala “yox” cavabı verib.
Lakin Macarıstan qanunlarına görə, referendumun baş tutmuş hesab edilməsi üçün seçicilərin azı 50%-i ümumxalq səsverməsində iştirak etməlidir. Mərkəzi Seçki Komissiyasının sədri Andraş Patyinin sözlərinə görə, indiki halda bu, inandırıcı görünmür və çox güman ki. Referendum baş tutmamış hesab ediləcək.
Tehsil-press.az