Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Adil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Tehsil-press.az-n məlumata görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə A.Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Adil Abdullayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, dostu Rasim Əliyevdən 2010-cu ilin dekabrında 100 min, daha sonra isə 45 min dollar almaqda təqsirləndirilib.
Tehsil-press.az