İşsizlər üçün yenilik

İşsizlər üçün yenilik İşaxtaran və işsiz vətəndaşlar üçün özünüməşğulluq proqramının tətbiqi üçün tədbirlər həyata keçirilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qobustanda proqrama qatılanlarla görüş keçirib.

Bu barədə tehsil-press.az saytına nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib. S.Müslümov bildirib ki, ilk dəfə həyata keçirilən bu proqram işsiz vətəndaşların maliyyə resursları ilə təmin olunmasına şərait yaradacaq. Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən işaxtaran və işsiz vətəndaşlar hazırda iki aylıq təlim kursları keçirlər. Kursları bitirən şəxslər özünüməşğulluq fəaliyyəti üçün seçdikləri fəaliyyət sahələri üzrə hazırladıqları biznes-planları keçiriləcək imtahanlarda müdafiə etməlidirlər.
İmtahanlar zamanı uğurlu biznes-planlara sahib olan vətəndaşlar müəyyən ediləcək, onların özünüməşğulluq fəaliyyətinin mal və materiallar formasında dəstəklənməsi üçün tədbirlər görüləcək. Özünüməşğulluq fəaliyyəti qurduqdan sonra da onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər