Sentyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan BMT İnkişaf Proqramı rəhbərinin müavini, BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, görüşdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl islahatlar kursunun ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, 2003-2015-ci illərdə 3,4 dəfə iqtisadi artıma nail olan respublikada son illərdə dünya iqtisadiyyatında baş verən proseslərin mənfi təsirlərinin minimallaşdırılması, postenerji dövrü üçün xarakterik olan səmərəli sosial-iqtisadi idarəetmə sisteminin yaradılması təmin olunub: “İş yerlərinin yaradılması baxımından da əhəmiyyətli olan qeyri-neft sektoru genişlənərək iqtisadiyyatda onun payı 70 faizi ötüb. Bu inkişafın davamı kimi, cari ilin yanvar-avqust aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz çoxalıb. Həmin sektorda davamlı inkişaf son 12 ildə 1 milyonu daimi olan 1,5 milyon iş yerinin və cari ilin ilk yarımilində 78 mini daimi olan 90 minə yaxın iş yerinin açılmasına imkan verib. Bu da əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azalmasına gətirib çıxarıb. Eyni zamanda əhalinin gəlirləri son 12 ildə 7 dəfə, cari ilin 8 ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxalıb. Ümumilikdə 2003-2015-ci illərdə əhalinin gəlirlərinin orta illik artım sürəti iqtisadi artım sürətini orta hesabla 8,3 faiz üstələyib. Yoxsulluq səviyyəsinin qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 4,9 faizədək azaldığı Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması sahəsində uğurlu təcrübəyə malik bir ölkə kimi, təşkilat tərəfindən Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasındadır”.
S.Müslümov bildirib ki, BMT İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair hazırlayaraq təqdim etdiyi “İnsan inkişafı naminə əmək” adlı məruzədə də Azərbaycan həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığı, təhsil, mədəni inkişaf və s. sahələrdə uğurlarına görə insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib: “Bununla yanaşı, Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzvlüyünün 184 üzv dövlətdən 176-sı tərəfindən dəstəklənməsi və ölkəmizin həmin Şuranın üzvü seçilməsi ölkəmizdə iqtisadi inkişaf prosesləri ilə bərabər, əhalinin sosial müdafiəsi sahəsində əldə olunan nailiyyətlərə beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin əyani təsdiqi olub”.
Nazir qeyd edib ki, ölkəmiz BMT-yə üzv qəbul olunduğu gündən bu təşkilatla daim əlaqələri genişləndirib. Ötən dövrdə BMT-nin konvensiyalarının (“Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarına dair” və s.) icrası sahəsində ölkəmizdə aparılan işlər bu qurum tərəfindən müsbət dəyərləndirilir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, məşğulluq, sosial müdafiə, əlilliyi olan şəxslərin reabilitasiyası və s. sahələrdə BMT-nin xüsusi qurumları (Beynəlxalq Əmək Təşkilatı, BMT İnkişaf Proqramı, Dünya Bankı, BMT-nin Uşaq Fondu, BMT-nin Əhali Fondu və b.) ilə səmərəli əməkdaşlıq həyata keçirir.
Ölkəmizdə əmək və sosial müdafiə sahəsində elektron texnologiyaların geniş tətbiqi şəraitində aparılan islahatlar barədə məlumat verən S.Müslümov hazırda əhali üçün aktual fəaliyyət sahələri üzrə xidmətlərin elektron müstəvidə təşkil edildiyini, vətəndaşlar üçün müasir və şəffaf xidmətlər sisteminin qurulduğunu bildirib: “Sevindirici haldır ki, bizim son illərdə şəffaf iş sistemlərinin qurulması sahəsində təcrübəmiz BMT tərəfindən təbliğ olunur. Bu məqsədlə nazirliyin avtomatlaşdırlmış sistemlərinin bu mötəbər təşkilatın rəsmi saytında yerləşdirilməsini yüksək dəyərləndiririk”.
S.Müslümov bildirib ki, BMT ilə əlaqələrin mühüm bir istiqaməti də gənclərin məşğulluğunun dəstəklənməsini əhatə edir: “Gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olan Azərbaycanda gənclər arasında işsizliyin səviyyəsi 9,7 %-ə enib ki, bu da dünya üzrə ən aşağı göstəricilərdən biridir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında da Azərbaycan gənclərin məşğulluğu sahəsində dolğun hüquqi bazası, iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan ölkələr sırasındadır”.
BMT İnkişaf Proqramı ilə əlaqələrin əhəmiyyətinə toxunan nazir qeyd edib ki, hələ 2002-2012-ci illərdə BMT İnkişaf Proqramı ilə birgə “Milli sosial müdafiə sisteminin inkişafı və Milli Məşğulluq Strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi” layihəsi uğurla icra olunub: “2011-2015-ci illərdə isə BMT İnkişaf Proqramı ilə birgə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində görülən işlər SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) konsepsiyası əsasında yüksək ixtisaslı gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına öz töhfəsini verib. 2014-cü ilin oktyabrında ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klarkla keçirilən görüşdə də görülən birgə işlərin nəticələrindən razılıq ifadə olunub, əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Cari ilin aprelində növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanaraq icrasına başlanılıb. Eyni zamanda həmin qurumla birgə “Məhsuldar və inklüziv məşğulluğun təşviqi” adlı layihənin də həyata keçirilməsi barədə razılıq əldə olunub”.
Uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə də davam etdirilməsinin məqsədyönlü olduğunu vurğulayan nazir bunun üçün nazirlik tərəfindən müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb.
C.Sultanoğlu Azərbaycanda bütün sahələrdə tərəqqiyə hesablanan islahatların aparılmasının BMT-nin məramına uyğun olduğunu və təşkilat tərəfindən daim rəğbətlə qarşılandığını vurğulayıb. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində əldə olunmuş irəliləyişləri məmnunluqla izlədiklərini, bu istiqamətlərdə aparılan işlərə davamlı şəkildə dəstək vermək əzmində olduqlarını bildirib. C.Sultanoğlu BMT İnkişaf Proqramının ölkəmizdə gənclərin məşğulluq imkanlarının artırılmasına dəstəyinin davam etməsi üçün ötən dövrdə yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib.
Görüşdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı yekdil fikir ifadə olunub.
Tehsil-press.az