“Azercell”in nümayəndələri ATU-da Tələbə təqaüdü proqramı ilə bağlı görüş keçirib

“Azercell”in nümayəndələri ATU-da Tələbə təqaüdü proqramı ilə bağlı görüş keçirib Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələrin “Azercell” mobil operatorunun İnsan qaynaqları departamentinin əməkdaşları ilə görüşü keçirilib. Qonaqlar tələbələrə şirkətin Tələbə təqaüdü proqramı haqqında məlumat verib.
Əvvəlcə ATU-nun tərbiyə işləri üzrə prorektoru Aslan Abbasov son dövrdə universitetdə görülən işlər, aparılan islahatlar və həyata keçirilən layihələr haqqında məlumat verib. Prorektor deyib ki, bütün bu işlər kimi tələbələrə əlavə təqaüdlərin verilməsi də onların daha yaxşı təhsil alması və peşəkar kadr kimi formalaşmasını stimullaşdırmağa təkan verir.
Sonra “Azercell”in İnsan qaynaqları departamentinin mütəxəssisləri Validə Orucova və Nərgiz Xolcanbəyova şirkətin 2008-ci ildən həyata keçirdiyi Tələbə təqaüdü proqramı haqqında məlumat verib. Qonaqlar qeyd edib ki, sentyabrın 30-dan start verilən növbəti təqaüd proqramı da əvvəlki illərdə olduğu kimi müvəffəqiyyətlə təhsil alan, öz sahəsində peşəkar olmaq və gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclərə dəstək olmaq məqsədi daşıyır. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən 200 manat təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər.
Sonra şirkətin nümayəndələri tələbələrə təqaüd proqramına müraciət etmək qaydalarını izah ediblər. Qeyd olunub ki, Tələbə təqaüdü proqramına Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat isə namizədlərin elektron poçtuna göndəriləcək.

ATU-nun Mətbuat Xidməti


“Azercell”in nümayəndələri ATU-da Tələbə təqaüdü proqramı ilə bağlı görüş keçirib

“Azercell”in nümayəndələri ATU-da Tələbə təqaüdü proqramı ilə bağlı görüş keçirib

Oxşar xəbərlər