Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya səfər edəcək. Səfər İspaniyanin Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.
Bu barədə Tehsil-press.az-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
A.Paşazadə Madrid və Mursiyada 8-10 noyabr tarixlərində keçiriləcək "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda konfranslarda iştirak edəcək. Konfranslar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş Multikulturalizm ili çərçivəsində Mursiya Katolik Universitetinin Kilsə-dövlət münasibətləri və İnsan hüquqları kafedrası tərəfindən təşkil olunur.
İspaniya Krallığı Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquqi əməkdaşlıq və əlaqələr üzrə Baş direktorunun dəstəyi ilə baş tutan bu tədbirlərdə Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizares və digər dövlət, hökumət nümayəndələri və din xadimləri iştirak edəcəklər. Konfranslarda Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da iştirak edəcəklər.
İspaniyanın dini liderlərinə, ümumilikdə İspaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunan bu tədbirlərdə Azərbaycanı QMİ sədri ilə bərabər, ənənəvi dini konfessiya başçıları - RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər. A.Paşazadə Azərbaycandakı tolerantlıq mühiti, multikultural həyat tərzi barədə konfranslarda məruzə edəcək.
İspaniya Krallığına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya Parlamentinin rəhbərliyi, Ədliyyə naziri, Təhsil, Mədəniyyət və İdman naziri, habelə digər tanınmış ictimai-siyasi xadimlərlə görüşləri də nəzərdə tutulur.
Tehsil-press.az