Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransaya rəsmi səfər edib.
Səfərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə təsis olunacaq Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılması prosesinin tamamlanmasıdır.
Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az