ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama sonuncu debatlar zamanı Respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün oktyabrın 19-u Las Veqasa gəlmək fikrindədir.
Bu barədə “The New York Times” xəbər verir. Obamanın ögey qardaşı Tramp ətrafında qalmaqallara inanmadığını bildirib: “Mən debatlarda iştirak edəcəyimə görə şadam. Tramp yenidən ABŞ-ın qüdrətini artıra bilər”.
O, həmçinin Trampın rəqibi Hilari Klintonu dövlət katibi işlədiyi dövrdə verdiyi qərarlara görə tənqid edib.
Öz növbəsində Tramp Maliklə görüşü səbirsizliklə gözlədiyini bildirib: “O, məni qardaşından çox anlayır”.
Tehsil-press.az