Ukrayna Aİ ölkələri ilə vizasız rejimə keçir

Ukrayna Aİ ölkələri ilə vizasız rejimə keçir Avopa İttifaqına daxil olan ölkələr Ukrayna ilə vizasız rejimin tətbiqinin təsdiqi ilə bağlı ilkin qərar verib.

Tehsil-press.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Aİ Şurasının bununla bağlı yaydığı bəyanatda deyilir: "Şura Ukrayna ilə vizasız rejimin liberallaşdırılması ilə bağlı danışıqların mövqeyini təsdiq edir".
Qeyd edək ki, ötən ilin dekabrında Avropa Komissiyası bəyan etmişdi ki, Kiyev vizasız rejimə keçidlə bağlı tələb olunan şərtləri yerinə yetirib. Amma müvafiq qərarın qəbulu indiyə qədər ləngiyirdi.

Tehsil-press.az

Oxşar xəbərlər