Türkiyənin Baş naziri Binəli Yıldırım dekabrın 6-7-i Rusiyaya səfər edəcək.
Tehsil-press.az bu barədə Baş nazirin rəsmi saytına istinadən məlumat verir.
Səfər çərçivəsində Baş nazirin Moskva və Kazanda görüşlər keçirəcəyi gözlənilir.
B.Yıldırımın rusiyalı həmkarı Dmitri Medvedevlə və Prezident Vladimir Putinlə görüşü planlaşdırılır.
Səfər çərçivəsində Rusiya və Türkiyə arasında ticarətin milli valyutalara keçirilməsi, azad ticarət zonasının yaradılması, turizmin inkişafı, eləcə də Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Qeyd edək ki dekabrın 1-i Rusiya xarici işlər naziri Sergey Lavrovun da Türkiyəyə səfəri gözlənilir.
Tehsil-press.az