Noyabr ayının 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna ilə görüşüb. Görüşdə ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak ediblər. Qeyd edək ki, bir müddət öncə-oktyabr ayının 13-də ADPU ilə Kazan Federal Universitetinin Yelabuj İnstitutu arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün universitetdə görüş keçirilib. Həmin görüşdə müəllim hazırlığı və hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib, bu istiqamətdə səmərəli fikir mübadiləsi aparılıb. Noyabr ayının 29-da keçirilən görüş zamanı isə ADPU ilə Kazan Federal Universitetinin Yelabuj İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə universitetlərin fəaliyyət istiqamətlərinin perspektivlərinə uyğun olaraq birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi üçün alim və mütəxəssislərin mübadiləsi, müştərək elmi-texniki konfranslar, simpozium, sərgi və seminarların keçirilməsi, elmi-texniki informasiyanın, sənədlərin, dövri elmi nəşrlərin, reklam-informasiya materiallarının qarşılıqlı mübadiləsi, birgə nəşriyyat fəaliyyəti, elmi işlərin, almanaxların, illik icmalların və s. nəşri nəzərdə tutulub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna iki ali təhsil müəssisəsi arasında elmi müqavilənin bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna iki ali təhsil müəssisəsi arasında elmi müqavilənin bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi