Qazaxıstan nümayəndələri beynəlxalq konfransı yüksək qiymətləndiriblər

Qazaxıstan nümayəndələri beynəlxalq konfransı yüksək qiymətləndiriblər Bakı Slavyan Universitetində “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans çərçivəsində mayın 4-də BSU-nun Türkiyə Araşdırmaları Mərkəzində Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Təbirdə çıxış edən BSU-nun Tərbiyə işləri üzrə prorektoru, Türkiyə Araşdırmaları Mərkəzinin müdiri, dosent Aygül Hacıyeva Bakı Slavyan Universitetinin yaranma tarixi, fəaliyyəti və buradakı tədris prosesi barədə məlumat verib. Türkiyə Araşdırmları Mərkəzinin fəaliyyətindən danışan A.Hacıyeva Türkiyəşünaslığın BSU-da inkişafı və bu ixtisas üzrə təhsil alan tələbələrin bu sahəyə marağından, Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə BSU arasında qurulan sıx əməkdaşlıq münasibətlərindən söz açıb.
Sonra çıxış edən Lev Qumilyov adına Avrasiya Milli Universitetinin dosentləri Almenbetova Urjamal və Kamayeva Saruar görüşün təşkilatçılarına minnətdarlıqlarını bildiriblər, BSU-da keçirilən Beynəlxalq Elmi Konfrans barədə müsbət fikirlərini bölüşüblər. Azərbaycanda tolerantlıq ənənələri və multikultural dəyərlərin qorunub saxlanıldığını vurğulayan qonaqlar belə bir konfransın təşkilini yüksək qiymətləndiriblər.
Görüş çərçivəsində iki ali təhsil arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Gələcəkdə aparılacaq elmi araşdırmalardan danışılıb, tələbə-müəllim mübadiləsi, müştərək elmi məcmuələrin nəşri, birgə elmi konfransların təşkili barədə razılığa gəlinib.

BSU-nun Mətbuat xidməti


Qazaxıstan nümayəndələri beynəlxalq konfransı yüksək qiymətləndiriblər

Oxşar xəbərlər