ADPU-da multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirilib

ADPU-da multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) noyabr ayının 22-də ABŞ-ın Nyu-York Texniki Universitetinin Fulbrayt proqramı ilə universitetdə çalışan Ph. Doktoru Melda Yıldız multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, İngilis dili və onun tədrisi metodikası və İngilis dili kafedralarının professor və müəllimləri, Filologiya fakültəsinin “İngilis dili” ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Xanım Melda Yıldız konfransda multilinqual, multikultural və multimedia təhsil haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir dövrümüzdə yeni metodlar və onların tətbiqi, tələbələrin ingilis dilinə mükəmməl yiyələnmələri, bu dili səlis, yüksək səviyyədə öyrənmələri xarici dil müəllimlərinin qarşısında duran önəmli vəzifələrdəndir. Multilinqual, multikultural və multimedia təhsildə tədris tədris planı və proqramların, dərsliklərin dəyişdirilməsi istiqamətində aparılır. Təhsil proqramına uyğun olaraq müasir fəal-interaktiv təlim metodlarına üstünlük verilir. XXI əsrin təhsil sistemində müəllimlərin fəal-interaktiv üsulların tətbiqinə yönəlmiş təlimi diqqət mərkəzindədir.
Hər bir ölkənin inkişafı, əhalisinin həyat səviyyəsi onun elmi və intelektual potensialı ilə ölçülür. Son zamanlar təhsil sahəsində həyata keçirilən islahatlar, baş verən keyfiyyət dəyişikləri təhsilin məzmununa və strukturuna ciddi şəkildə təsir edib. Yüksək elmi potensiala və elmi-tutumlu texnologiyalara malik ölkə kimi Azərbaycan təhsili də inkişaf edir. Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilir. Həyata keçirilən böyük dəyişikliklərdə xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri ali təhsilin qabaqcıl Avropa və dünya təhsil məkanına inteqrasiya etməsidir. Təhsil ictimai proses olaraq cəmiyyətdə insanların maraqlarının təmin edilməsinə xidmət edir. Təhsil sahəsində aparılan islahatların məqsədi təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaqdır. Konfransda bu məqsədə nail olmaq üçün təlimin struktur və formalarının, mərhələ və metodlarının yeniləşdirilməsi, pedaqoji innovasiyalardan istifadə və tətbiq, xarici dilin tədrisinin milli-mənəvi dəyərlərimizin nəzərə alınmaqla reallaşmasına nail olmaq ən vacib amillər kimi nəzərə çatdırılıb. Qeyd edilib ki, gənclərin təhsilə marağının artırılması üçün təhsildə fundamental dəyişikliklər aparılmalı, metodika sahəsində isə müasir dünyamızın önəm verdiyi təlim üsullarından istifadə edilməlidir. Xarici dil dərslərində qrup şəkilli işlərin təşkili, proyektorlardan istifadə, slaydlarla təqdimat, diskussiyalar, İKT-dən istifadə, rollu oyunlar, debatlar sübut edir ki, daim dərsin təşkilində edilən yeniliklər və texnologiyaların inkişafı xarici dilin öyrənilməsinə marağı artırır.
Konfransda ADPU-da təhsilin inkişaf perspektivləri, ölkəmizdə mövcud olan müəllim hazırlığı ənənələrini qoruyub-saxlamaqla qabaqcıl beynəlxalq təcrübənin ümumiləşdirilib tətbiq edilməsi, yeni strategiya və konsepsiyalar və mədəniyyətlərarası dialoqla bağlı səmərəli fikir mübadiləsi aparılıb. Qeyd edək ki, belə konfranslar mədəniyyətlərarası dialoqun genişləndirilməsinə səmərəli təsir göstərir.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirilibADPU-da multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirilibADPU-da multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirilibADPU-da multilinqual, multikultural və multimedia təhsilə həsr olunmuş konfrans keçirilib

Oxşar xəbərlər