Türkiyəli nazir BTQ-nin istismara veriləcəyi tarixi açıqlayıb (ÖZƏL)

Türkiyəli nazir BTQ-nin istismara veriləcəyi tarixi açıqlayıb (ÖZƏL) Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun birinci xəttinin 2017-ci ilin əvvəlində istismara veriləcəyini gözləyir.

Bunu Tehsil-press.az-a eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
Onun sözlərinə görə, dəmir yolunun ikinci xətti gələn il ərzində istifadəyə veriləcək.
Türkiyəli nazir deyib ki, BTQ dəmir yolu həm Azərbaycan, həm də Türkiyə üçün çox vacib layihədir: “BTQ Azərbaycan və Türkiyəni kəsintisiz dəmir yolu ilə bağlayacaq. Bu layihə həm də ona görə vacibdir ki, o, Azərbaycan və Türkiyənin regionun digər ölkələri ilə ticarət münasibətlərinin daha da inkişaf etməsinə səbəb olacaq. Bu layihə vasitəsilə yüklər Türkiyədən keçməklə Azərbaycandan Avropaya daşınacaq. Bundan başqa Avropadan yüklər Bakıda tikilməkdə olan Beynəlxalq Dəniz Limanı vasitəsilə Orta Asiyaya çatdırılacaq.”
Ə.Arslan bu layihəyə Çin, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Avropa ölkələrinin də ehtiyacının olduğunu deyib.

Tehsil-press.az

Oxşar xəbərlər