Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində qorunan maddi-mədəni irs nümunələri arasında Mingəçevirdən tapılan arxeoloji materiallar da var.
1946-1953-cü illərdə Mingəçevirdə geniş arxeoloji qazıntılar aparılıb. Qazıntılar nəticəsində 20 mindən çox müxtəlif təyinatlı və tərkibli əşya tapılıb. Müxtəlif dövrlərə aid tapıntılar arasında çəkmə formalı saxsı qablar xüsusi yer tutur. Onlardan biri son tunc-erkən dəmir dövrünə aiddir. 1949-cu ildə tapılmış bu qabın ağız diametri 13, hündürlüyü 22 santimetrdir.
Qab Azərbaycan dulusçularının son tunc-erkən dəmir dövründəki bədii saxsı məmulatının hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, öz dövrünün dini-fəlsəfi dünyagörüşü, xüsusilə də axirət dünyası ilə bağlı inancları haqqında dolğun təsəvvür yaradır.
Tehsil-press.az