Yadplanetlilərin izi tapıldı

Yadplanetlilərin izi tapıldı 1973-cü ildə Ruminiyada aparılan qazıntılar nəticəsində tapılan 3 dəmir əşyanı araşdırarkən ekspertlər dəhşətli bir fakta rast gəliblər. Publika.az-ın verdiyi xəbərə görə, tapılan üç elementdən biri yer kürəsinə 250 min il bundan əvvəl düşdüyü aşkarlanıb.
Keçən əsrin 70-ci illərində Ayud şəhərində, Maroş çayının ətrafında qazıntı aparan fəhlələr 10 metr dərinlikdə 3 qədim əşya tapıblar. Hər üç əşya öyrənilməsi üçün Ruminyanın Kluja şəhərinə göndərilir. Tədqiqatlar nəticəsində aydın olub ki, iki əşya 80-10 min il əvvəl nəsli tükənmiş məməlilərə aiddir. Üçüncüsü isə insan tərəfindən düzəldilmiş, çox yüngül metal əşyadır. Elə bu da elm adamlarını çaşdırıb.
Belə ki, əşya 90 faizi alüminium olan 12 fərqli metaldan ibarətdir. Alimlərin əşyanın yaranma tarixinin eramızdan əvvəl 248 il bundan öncəyə aid olduğunu deyir. Ancaq insan alüminiumla işləməyi 200 il əvvəl öyrənib. Belə bir əşyanı o zaman düzəldilməsi mümkünsüz idi. Bu fikirlər Lozannıdan olan ekspertlər tərəfindən də təsdiqlənib.
Digər elm adamları isə əşyanın daha çox yaşı olduğunu düşünür. Onların fikrincə onun 400-80 min yaşı var. Nəhayət 40 il davam edən araşdırmalar nəticəsində alimlər unikal metal əşyanın yer kürəsinə yad planetlilər tərəfindən gətirildiyi qənaətinə gəliblər.

Tehsil-press.az

Oxşar xəbərlər