Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqə- lərin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin müxtəlif muzeylərə kütləvi ekskursiyaları davam edir. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov başda olmaqla universitet rəhbərliyi növbəti ekskursiyası Naxçıvan Dövlət Xalça Muzeyi olub.
Muzeyin bələdçisi Simuzər Babayeva universitet əməkdaşlarına bildirib ki, etnomədəniyyətin, milli mənəvi dəyərlərimizin təbliğinə xidmət edən bu muzey 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Xan sarayında fəaliyyətə başlayan muzey 2010-cu ildən Heydər Əliyev prospektindəki yeni binaya köçürülüb. 1999-cu ildə ümummilli lider Heydər Əliyev bu mədəniyyət ocağını ziyarət edərək öz tövsiyələrini verməsi, mütəmadi dövlət qayğısı muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb. Hazırda Naxçıvan Dövlət Xalça Muzeyində 3000-də artıq eksponat vardır ki, onlardan 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir. 2013-cü ildə muzey yenidən qurulduqdan sonra ekspozisiyada yalnız Naxçıvan xalçaçılıq məktəbinə aid xalçalar nümayiş etdirilir. Muxtar respublikanın Şahbuz, Kolanı, Şərur, habelə Culfa, Ordubad kimi bölgələrində ən qədim xalq sənətimiz xaıçaçılıq bu gün də peşəkar şəkildə davam etdirilir. Xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri üçün muzeydə müasir qoruma standartlarına uyğun şərait yaradılıb.
Muzeylə tanışlıq zamanı məlumat verilib ki, "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası da muzeyə hədiyyə olunub. Muzeydə xalçaçılıqla bağlı mütəmadi sərgilər təşkil olunur, kitab təqdimatları, elmi konfranslar keçirilir. Muzeyinin daimi ekspozisiyasını bəzəyən 300-ə yaxın xovlu və xovsuz xalça, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab ziyarətçilərdə böyük maraq doğurub.