ABŞ-ın seçilmiş prezidenti kimi ilk mətbuat konfransı öncəsi Donald Tramp Xanuka yəhudi bayramına həsr edilmiş tədbirin sahibi plmaq niyyətindədir. Virtualaz.org xəbər verir ki, bu məlumatı Amerikanın “Morning Star” nəşri verib.
Mənbə bildirir ki, Donald Tramp ilk növbədə iş adamıdır və işlə əyləncəni balanslaşdırmağı bacarır. Bu halda isə əyləncə özü elə işdir. Dekabrın 14-də özünə məxsus hotellərdən birində o, Xanuka münasibətilə xarici nümayəndələr üçün təşkil ediləcək tədbiri qəbul edəcək.
Tədbir Azərbaycan səfirliyi ilə birgə təşkil olunacaq. Azərbaycan və İsrail münasibətlərini qaydasına salmağa çalışırlar. Bu baxımdan tədbiri Trampın bu iki ölkənin mehriban münasibətlərinin inkişafına dəstək vermək cəhdi kimi də qiymətləndirmək olar.
Seçki kampaniyasının gedişatında müsəlman imiqrantlara qarşı mövqeyinə baxmayaraq, tədbir “azadlığın və müxtəlifliyin” təntənəsinə həsr ediləcək.
Hökumət etikası üzrə mütəxəssislər tədbirin keçiriləcəyi məkan kimi diplomatların Trampın məkanlarından birini seçməsini şübhə altına alıblar. Onların fikrincə, burada maraqların toqquşması izlənilir. Qeyd etmək lazımdır ki, bir sıra səfirliklər 2017-ci ilin yanvarında Trampın inauqurasiyasına kimi və daha sonrakı dövrə tədbirlərin keçirilməsi üçün məhz Trampın hotelini tutublar.
Tehsil-press.az