Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü keçirilib.
Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xalqına, vətəninə göstərdiyi xidmətlərin misilsiz olduğunu, Ulu Öndərin rəhbərliyinin bütün dövrlərində ölkəmizin iqtisadi dirçəlişə, yüksək tərəqqiyə nail olduğunu vurğulayıb. Azərbaycanın ən yeni tarixinin mühüm bir mərhələsinin Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlı olduğunu söyləyən professor Ulu Öndərin vətənin inkişafı və tərəqqisi naminə mübarizə apardığını, xalqını taleyin sərt sınaqlarından məharətlə çıxardığını qeyd edib. Professor dünyanın məşhur ictimai-siyasi xadimləri, dövlət adamları və mütəfəkkirlərinin müdrik siyasətçi Heydər Əliyev haqqında söylədikləri fikirləri diqqətə çatdırıb. Dünya siyasətində nəhəng şəxsiyyət olan Ümummilli Liderin qısa vaxtda respublikanı yetərincə tanıdaraq ölkəmizə qarşı iqtisadi və siyasi marağı artırdığını bildirən D.Yunusov Azərbaycanın hər bir bölgəsində dahi şəxsiyyət Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izlərinin olduğunu vurğulayıb. O, Ümummilli Liderin təhsil sahəsinə də xüsusi diqqət ayırdığını nəzərə çatdırıb. D.Yunusov dahi şəxsiyyətin sönməz ideyalarının davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inamla gələcəyə addımladığını vurğulayıb.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.

ADU-nun Mətbuat Xidməti