Tanrı bəşəriyyətə neçə əsrlərdən bir nadir şəxsiyyətlər, dahilər bəxş edir. Həmin şəxsiyyətlər doğulduğu əsrin xilaskarı olurlar. Ulu öndər Heydər Əliyev də əsrimizin dahi şəxsiyyətlərindəndir.
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mənəvi həyatındakı bütün uğurlarda Heydər Əliyevin imzası vardır.
Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasnı praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövlətin möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi-hüquqi zəmin hazırlayan müdrik rəhbər kimi xalqın qəlbində yaşayır. Heydər Əliyev qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Heydər Əliyev dühasının böyüklüyü həm də onun daim xalq qarşısında yüksək mənəvi və siyasi məsuliyyət hissi daşıması, ictimai inamı doğrultmaq üçün böyük səylə, əzmlə, vicdanla çalışması olmuşdur.
Ulu öndərin 40 ilə yaxın müddətdə özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, onun liderlik keyfiyyətləri ilə ölçülür. Tarixdən yaxşı məlumdur ki, belə liderlik keyfiyyətlərin malik şəxsiyyətlər sosial-iqtisadi, ictimai-siyasi mənəvi-mədəni kataklizmlər dövründə xalqa düzgün yol göstərən mayak və xilaskar missiyasında çıxış etmişdir.
Xalqın böyük sevgisi, tələb və təkidi 1993-cü ildə Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Bu, böyük qayıdış idi. Bu, xalqın xilaskarına qovuşması idi! Bu, quruculuq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin “Müstəqilliyimiz dönməzdir, qətidir, əbədidir” fikrinin təsdiqi idi!
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkə bütün sahələr üzrə köklü islahatlar aparıldı.
Müstəqillik yolunda inamla addımlayan Azərbaycan qısa zaman kəsiyində dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi.
Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Böyük Britaniyanın keçmiş baş naziri Tonu Bleyer “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. ABŞ-ın keçmiş prezidenti Corc Buş “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzindən ən əsas şəxsiyyət olmuşdu” demişdir. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətinin ucalığını səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı xaqlı olaraq hədsiz qürur və fəxarət hissi duyur.
Ulu öndərimiz, dahi şəxsiyyət, Heydər Əliyevin ideyaları daim qəlblərdə yaşayaraq həyatımızın elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Müstəqil Azərbaycanın qurucusu və banisi, Heydər Əliyevin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir.

Müşfiq Atakişiyev,
Təfəkkür Universitetinin rektoru, professor