15 iyun Milli Qurtuluş Günü ilə bağlı Bakı Slavyan Universitetində tədbir keçirilib. Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev Qurtuluş bayramı münasibəti ilə iştirakçıları təbrik edib, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Rektor 1993-cü ilin iyun ayında Azərbaycanın daxilində baş verən gərgin proseslərdən danışaraq qeyd edib ki, müstəqilliyimizin real təhlükədə olduğu bir məqamda Azərbaycan xalqı milli qurtuluş üçün Ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi: “1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu”. Asif Hacıyev qurtuluş missiyalı bu qayıdışı müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycan xalqının itirilmiş inamını özünə qaytarmasında, sabaha, gələcəyə olan ümidinin artmasında həlledici amil kimi qiymətləndirib. Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsl dönüş yarandığını diqqətə çatdırıb. Professor Asif Hacıyev vurğulayıb ki, “Azərbaycanın müstəqilliyi dönməz və əbədidir” şüarı altında Ulu öndərin təməlini qoyduğu əbədi irsi Prezidenti İlham Əliyev böyük uğurla davam etdirir. Bu gün Azərbaycan regionun lider dövlətidir, bir çox sahələrdə bütün dünya üçün örnək ölkədir.
Tədbirdə professor Telman Cəfərov, Qarabağ müharibəsi iştirakçısı, baş müəllim Azad Hüseynov, Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin II kurs tələbəsi, BSU-nun Tələbə Xeyriyyə Fondunun rəhbəri Məmmədəli Həsənov və b. çıxışlarında Milli Qurtuluş Gününün əhəmiyyəti, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıblar.

BSU-nun Mətbuat xidməti