BANM-də Ümummilli lider Heydər Əliyev anılıb

BANM-də Ümummilli lider Heydər Əliyev anılıb 12 dekabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günüdür. Bu gün ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbində (BANM) bütün tədris auditoriyalarında ilk dərs Azərbaycan xalqının tarixində həlledici xidməti olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olunub.
Bildirilib ki, Azərbaycanın tarixi şəxsiyyətləri içərisində xalqın ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı kimi dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Ümummilli liderimiz böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi.
Ulu öndərin Ali Məktəbdəki büstü önünə gül dəstələri qoyularaq bu dahi şəxsiyyətə hörmət və ehtiram nümayiş olunub.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər