Bakı Nəqliyyat Agentliyi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 141 saylı qərarına əsasən, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb. Həmçinin, Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, qarşıdakı günlərdə metereoloji vəziyyəti nəzərə alaraq avtonəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.
Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədəuyğundur.
Məlumat üçün onu da qeyd edək ki, qarlı və şaxtalı günlərdə Bakı Nəqliyyat Agentliyi yarana biləcək çətinliklərin operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Tehsil-press.az