İran aviabazasını Rusiyaya açacaqmı?

İran aviabazasını Rusiyaya açacaqmı? Hazırda Moskva və Tehran arasında Rusiya hərbi təyyarələrinin Həmədan aviabazasından uçuşlarının bərpa olunması barədə danışıqlar aparılmır.

Tehsil-press.az-ın məlumatına görə, bu sözlər "Russia Today" telekanalına müsahibəsində İranın müdafiə naziri Hüseyn Dehqan deyib.
Onun sözlərinə görə, İranın həmin aviabazanı Rusiyanın sərəncamına verməsi “qətiyyən düzgün deyil”.
Nazir deyib: “Bu, bizim Konstitusiyaya ziddir. Amma biz Rusiya ilə əməkdaşlıq etdiyimiz üçün onlara hərbi təyyarələrin uçuşu ilə bağlı müəyyən güzəştlər vermişik. Gələcəkdə Rusiya eyni təkliflə müraciət etsə, bu məsələyə yenidən baxacağıq.”

Tehsil-press.az

Oxşar xəbərlər