ABŞ Hərbi Hava Qüvvələrinin generalı, prezident Barak Obama tərəfindən namizədliyi Birləşmiş Ştatların Strateji komandanlığının rəhbəri postuna irəli sürülmüş Con Hayten ölkə üçün əsas təhdidlərin haradan yönəldiyini açıqlayıb.
Tehsil-press.az “Amerikanın səsi”inə istinadən xəbər verir ki, general Senatda onun namizədliyinin müzakirəsi zamanı ABŞ üçün ən böyük təhlükənin Rusiya və Çin olduğunu deyib. General Hayten habelə deyib ki, Birləşmiş Ştatlara hazırda İran və Şimali Koreya təhlükəsi ən ağlabatandır.
Namizədliyinin təsdiqlənməsindən sonra general Hayten ABŞ-ın nüvə və kosmik qüvvələrinə, habelə kütləvi qırğın silahları ilə mübarizəyə cavabdeh olacaq. Hhayten deyib ki, Rusiya və Çin kosmosdakı Amerika aktivlərinə qarşı yönəlmiş potensialını gücləndirir. Hansı ki, kosmosdakı aktivlər hazırda ABŞ-ın Rusiya və Çin qarşısında hərbi üstünlüyünün təmin olunmasında aparıcı rola malikdir. General Hayten hansı aktivləri nəzərdə tutduğunu açıqlamayıb, ancaq təxmin etmək çətin deyil ki, söhbət ABŞ-ın hərbi təyinatlı kosmik peyklərindən gedir.
“Biz nəinki bu təhdidə reaksiya verməyə hazır olmalıyıq, eyni zamanda kosmik sferada daha dayanıqlı milli təhlükəsizlik sistemi yaratmalıyıq”-general deyib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter Rusiyanın dünya düzənini pozmağa çalışdığını və qlobal təhlükəsizlik üçün əsas təhdid olduğunu elan edib.
Tehsil-press.az