“Gənc İstedadlar” liseyi “Sabahın alimləri” müsabiqəsində on beş layihə ilə iştirak edəcək

“Gənc İstedadlar” liseyi “Sabahın alimləri” müsabiqəsində on beş layihə ilə iştirak edəcək Bu il keçiriləcək “Sabahın alimləri” altıncı respublika müsabiqəsində Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyinin 25 şagirdi 15 layihə ilə iştirak edəcək.

Liseyin direktoru, professor Qasım Hüseynov tehsil-press.az-a bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində bu müsabiqəyə geniş hazırlıq işləri aparılır. Liseyin 57 şagirdi respublika fənn olimpiadasına qatılacaq.
Təhsil ocağında ötən il qazanılan nailiyyətlərdən danışan direktor qeyd edib ki, liseydə 610 şagird təhsil alır. 2016-cı ildə təhsil müəssisəsini iki nəfər qızıl, dörd nəfər gümüş medalla bitirib. Əlli məzunun hamısı ali məktəblərə, o cümlədən səkkiz nəfər xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər