Lisey AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq edəcək

Lisey AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə əməkdaşlıq edəcək Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov dekabrın 1-də akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagirdləri ilə görüşüb.

İnstitutdan tehsil-press.az-a bildiriblər ki, alim şagirdlərlə dialoq şəklində qurulmuş məruzə ilə çıxış edib, sualları cavablandırıb. Akademik V.Abbasov müəllifi və həmmüəllifi olduğu kitabları liseyin kitabxanasına hədiyyə edib.
Lisey ilə institut arasında əməkdaşlıq müqaviləsinin imzalanması haqqında razılıq əldə edilib. Məktəbin kimyanı sevən şagirdləri institutun laboratoriyalarında təcrübə keçəcək, “Sabahın alimləri” müsabiqəsində iştirak üçün layihələr hazırlayıb tədqiqat işləri aparacaqlar.
İnstitutun aparıcı alimləri liseydə ustad dərsləri keçəcəklər. İnstitut liseyin kimya laboratoriyasının lazımi reaktivlərlə təminatını da üzərinə götürüb.

Tehsil-press.az

Oxşar xəbərlər