Rəfsəncani yanvarın 10-da dəfn olunacaq

Rəfsəncani yanvarın 10-da dəfn olunacaq İranın yüksək rütbəli rəsmiləri mərhum eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin cənazəsinin saxlandığı yerə, Camaran hüseyniyyəsində gəliblər.

Tehsil-press.az-ın məlumatına görə, onun dəfn mərasimi həftənin ikinci günü baş tutacaq. Bir sıra xarici ölkələr Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran hökumətinə başsağlığı veriblər. Öz növbəsində, İranın ali dini lideri Ayətullah Xamenei öz başsağlığında uzun illərin dostunun itirilməsini çətin və ağrılı adlandırıb. Təcriş xəstəxanasında vəfat etdikdən sonra Haşimi Rəfsəncaninin cənazəi Camaran hüseyniyyəsinə gətirlib. İran prezidenti Haşimi Rəfsəncaninin ölümü münasibətilə ölkə 3 gün matəm elan edib.
Rəfsəncani yanvarın 10-da dəfn olunacaq
* * *20:57
İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani 82 yaşında vəfat edib.
Ə.Ə.Haşimi Rəfsəncani yanvarın 8-də ürək tutmasından sonra xəstəxanaya yerləşdirilmişdi. Onun elə ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.
Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər