Pakistanda partlayışda 20-dən artıq adam ölüb

Pakistanda partlayışda 20-dən artıq adam ölüb Tehsil-press.az-ın verdiyi məlumata görə, Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
X X X
Tehsil-press.az-ın verdiyi məlumata görə, Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında baş verən partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
X X X
Səhər saatlarında Pakistanın şimal-qərbində Kurram vilayətində tərəvəz bazarında partlayış baş verib. Tehsil-press.az-ın verdiyi məlumata görə, partlayış nəticəsində azı 12 nəfər ölüb, 30-dan artıq yaralı var.
İnsident Paraçinar şəhərində baş verib. Polisin verdiyi məlumata görə, partlayış əldədüzəltmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Hələ ki, partlayışın məsuliyyətini Pakistanda mövcud olan ekstremist qruplardan heç biri öz üzərinə almayıb.

Tehsil-press.az

Oxşar xəbərlər