Pakistanda xəstəxanada partlayış baş verdi

Pakistanda xəstəxanada partlayış baş verdi Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində, Kvetta şəhərində xəstəxanada törədilmiş partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

Tehsil-press.az xəbər verir ki, ölənlərin çoxu jurnalist və hüquqşünasdır. Onların arasında Bəlucistan Vəkillər Kollegiyasi Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Qazi də var. Məlumata görə, terror hadisəsi nəticəsində onlarla insan xəsarət alıb. Xəstəxanadan verilən məlumatda bildirilib ki, partlayış reanimasiya şöbəsində törədilib. Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.


Tehsil-press.az

Oxşar xəbərlər