Serj Sarkisyan müdafiə nazirini sabah İrana göndərir

Serj Sarkisyan müdafiə nazirini sabah İrana göndərir Sabah Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edəcək.

Tehsil-press.az bildirir ki, bu barədə İRNA agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Tehranda iki ölkənin müdafiə nazirləri arasında görüş keçiriləcək.
"Sarkisyanın səfərində əsas məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələrin davam etdirilməsidir. Gündəlikdə Tehran və Yerevan arasında ikitərəfli və regional əlaqələrin möhkəmləndirilməsi də var", - deyə mənbə əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər