2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq. Bu barədə qərar Avropa Gimnastika İttifaqının Lozannadakı baş qərargahında qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Tehsil-press.az xəbər verir ki, iclasda Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı namizədliyi məsələsinə baxılıb. Müzakirələrdən sonra kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatının 2020-ci il mayın 6-10-da Bakıda keçirilməsi qərara alınıb. Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının təşkili isə Parisə həvalə olunub.
Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, Avropa çempionatlarında da “Tokio-2020”yə lisenziya qazanmaq imkanı olacaq.
Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın üç növü (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) üzrə məhz lisenziya xarakteri daşıyan dünya kuboku mərhələlərini, həmçinin bədii gimnastika üzrə dünya çempionatını təşkil edəcək.
Təhsil-press.az