FIG-in baş katibi: Azərbaycan gimnastlarının səviyyəsi Rioda onlara medallar uğrunda mübarizə aparmağa imkan verir

FIG-in baş katibi: Azərbaycan gimnastlarının səviyyəsi Rioda onlara medallar uğrunda mübarizə aparmağa imkan verir Rio Olimpiadasında medallar uğrunda mübarizə aparmaq üçün Azərbaycan gimnastlarının səviyyəsi kifayət qədər yüksəkdir.

Bunu Tehsil-press.az Beynəlxalq Gimnastika Federasiyasının (FIG) baş katibi Andre Qaysbuxler bildirib.
Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun təşkilini haqqında ilk yaxşı təəssüratları yaranıb: "Mən indicə gəlmişəm, amma ilk təəssüratlarım yaxşıdır. Zala heyranam, burada Azərbaycan üslubunda gözəl dekorasiyalar var”.
Baş katib Azərbaycanda gimnastikanın yüksək səviyyədə inkişafını qeyd edib: "Azərbaycanda ənənəvi güclü bədii gimnastika var. Batut və idman gimnastikasında da böyük irəliləyiş görürəm. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycanda gimnastikanın səviyyəsi çox yüksəkdir və bu, Rio Olimpiadasında idmançılara medallar uğrunda mübarizəyə imkan verəcək. Bunun üçün onların bütün imkanları var”.


Tehsil-press.az

Oxşar xəbərlər