Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun fərqi və qrup hərəkətləri üzrə çoxnövçülük yarışlarında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tehsil-press.az-ın məlumatına görə, mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana, FIG-nin baş katibi Andre Qaysbuhler, bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Natalya Bulanova, deputat Fuad Muradov, FIG-nin texniki nümayəndəsi Daniela Dellekyai və Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev iştirak ediblər.
Həmçinin ən yaxşı çıxışa və ən yüksək bala görə Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi "AGF Trophy" xüsusi mükafatı təqdim olunub. Fərdi yarışanlar arasında bu mükafata rusiyalı gimnast Yana Kudryavtseva, qrup hərəkətləri komandaları arasında isə Rusiya yığması layiq görülüb.
Bundan başqa, cari ildə Dünya Kubokunun 9-cu mərhələsində göstərilmiş ən yaxşı 4 nəticənin yekunu üzrə FIG Kuboku təqdim olunub. Bu mükafata fərdi yarışanlar arasında rusiyalı Marqarita Mamun, qrup komandası üzrə isə Rusiya yığması layiq görülüb.
Mükafatları FIG-nin baş katibi Andre Qaysbuhler və bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva təqdim ediblər.



Tehsil-press.az

Oxşar xəbərlər