Ledi Qaqaya 1 milyon dollar verilməsinə gəlincə...

Ledi Qaqaya 1 milyon dollar verilməsinə gəlincə... Gənclər və idman naziri Azad Rəhimov Birinci Avropa Oyunlarının açılışında iştirak edən dünya ulduzu Ledi Qaqaya bir milyon dollar verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

A.Rəhimov bildirib ki, Top-10-luqda olan dünya ulduzlarının müqavilədə göstərilən qiymətləri adətən açıqlanmır:
“Dünya ulduzları müxtəlif tədbirlər üçün müxtəlif qiymətlərə razılaşa bilirlər. Səhv etmirəmsə, bu ulduzların böyük tədbirlər üçün qiyməti bir milyon dollara qədərdir. Ancaq Azərbaycana gəlincə, Ledi Qaqaya verilən qonorarın məbləğini açıqlaya bilmərəm, bu, kommersiya sirridir”.

Təhsil-press.az

Oxşar xəbərlər