“Maarifçi” Tələbə Kredit Fondu, Təhsil Nazirliyi və Dünya Bankı ilə birlikdə “Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda tədbir keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, dövlət və özəl qurumların nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd tələbə kreditlərinin verilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə əməkdaşlıq imkanlarının artırılmasıdır.
Təhsil naziri Mikayıl Cabbarov ötən il fəaliyyətə başlayan “Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi sahəsində ilk təcrübə olduğunu və bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın vacibliyini bildirib. Təhsil naziri universitetlərin bu təşəbbüsə qoşulması ilə ölkəmizdə ilk dəfə olaraq tələbə krediti mexanizminin yaradıldığından bəhs edib. Ötən müddət ərzində “Maarifçi” Tələbə Kredit Fondunun uğurla fəaliyyət göstərdiyini, tərəfdaş universitetlərin sayının artdığını bildirən Mikayıl Cabbarov yeni təcrübələrdən bəhrələnmək üçün tədbirin rolunu xüsusi vurğulayıb.
Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi, təhsil üzrə eksperti Kristian Aedo tələbə kreditlərinin ali təhsildə əlyetərlik imkanları yaratdığını, qurumun hazırladığı müzakirə sənədində Azərbaycanda tətbiq edilən təcrübənin innovativ olduğunu bildiriblər.
“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ötən il 103 tələbə ilə təhsil krediti müqaviləsinin imzalandığını və artıq 3-cü elan sessiyasına başlanıldığını deyib.
Dünya Bankının və Beynəlxalq Maliyyə Kooperasiyasının ekspertləri Brüs Çapman və Alexandro Kabalero tələbə kreditləri sahəsində çeşidli modellərin mövcudluğunu və gələcəkdə Azərbaycanın bu təcrübədən yararlanması üçün təmsilçisi olduqları qurumların əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıblar.
Tədbirdə çıxış edənlər “Maarifçi” Tələbə Kredit Fondunun yaradılmasının ali təhsilə çıxış imkanlarının genişləndirilməsindəki rolunu qeyd ediblər.
“Maarifçi" Tələbə Kredit Fondu 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən təsis edilib.
“Maarifçi” Tələbə Kredit Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Fond Azərbaycanın 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.