Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Azərbaycan Məktəbində “Təhsili dəstəkləyən yenilik və innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir.
Tehsil-press.az xəbər verir ki, konfransda Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb.
Ölkəmizdə təhsil sahəsində reallaşdırılan tədbirlərin, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən T.Heydərov bildirib ki, Avropa Azərbaycan Cəmiyyəti müvafiq sahənin inkişafına dəstək verilməsinə xüsusi maraq göstərir. Bu məqsədlə dünyanın ən qabaqcıl təhsil standartlarına cavab verən Avropa Azərbaycan Məktəbi təsis olunub. Yerli və beynəlxalq təlim proqramları üzrə təhsil verən məktəb 3-5 yaşlı uşaqlar üçün Erkən Təlim Mərkəzini, ibtidai və tam orta məktəbi özündə birləşdirib. Bu təhsil müəssisəsi Beynəlxalq Məktəblərin Avropa Şurasına, Beynəlxalq Məktəblər Şurasına üzv qəbul edilib və Beynəlxalq Bakalavriat Təşkilatının Diplom Proqramı üzrə avtorizasiya alıb.
Müəllim İnkişafı Mərkəzi barədə məlumat verən T.Heydərov söyləyib ki, mərkəzin fəaliyyətini müasir tələblər səviyyəsində təşkil etmək üçün beynəlxalq səviyyəli mütəxəssislər cəlb olunub və müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb.
T.Heydərov konfransın səmərəli olacağına əminliyini bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin elm, təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Dövlətimizin başçısı İlham Əliyevin elm, təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan akademik ölkəmizdə bu sahədə qazanılan nailiyyətləri diqqətə çatdırıb.
Akademik İ.Həbibbəyli təhsildə yeniliklərin və innovasiyaların tətbiq olunmasının vacibliyini xatırladıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov müasir dünyada təhsilin mühüm rolundan bəhs edib, bu sahənin inkişafı və pedaqoji kadrların hazırlığı ilə bağlı fikirlərini bölüşüb.
Tanınmış beynəlxalq məruzəçi Bill Martin (ABŞ) “Tədris-təlim və liderlik sahələrindəki mövcud reallıq və tədqiqatlar” mövzusunda təqdimatla çıxış edib. Sonra digər ölkələrdən olan mütəxəssislərin təqdimatı dinlənilib.
Tədbirdə tanınmış təhsil ekspertləri təcrübələrini bölüşüblər. Təhsil müəssisələrində təlim nailiyyətlərini yüksəltmək istiqamətində geniş müzakirələr aparılıb.
Beynəlxalq konfrans noyabrın 18-də başa çatacaq.
Tehsil-press.az