Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali təhsil müəssisəsinin iqtisadiyyat kafedrasının, “RSH Consulting Company”nin və “MirAN Group”un birgə təşkilatçılığı ilə “Tələbə kredit işçisi” müştərək layihənin icrasına başlanılıb.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov layihənin universitetin təlim-təcrübə proqramı çərçivəsində həyata keçirilməsinin iştirakçı tələbələr üçün faydalı olacağını deyib. Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi ATMU-da iqtisadiyyat, maliyyə sahələri üzrə təhsil alan tələbələrin uğurlu karyera qurmalarına, o cümlədən işgüzar və təcrübi vərdişlərə yiyələnmələrinə mütəxəssis səviyyəsində dəstək olmaqdır. Noyabrın 23-dən dekabrın 10-dək, dekabrın 12-dən gələn il yanvarın 12-dək davam edəcək təlim və təcrübə proqramının yekun mərhələsində test imtahanında yüksək nəticə göstərən tələbələrdən beşinin Bank Olmayan Kredit Təşkilatında kredit sahəsi üzrə bir aylıq təcrübəyə göndərilməsi nəzərdə tutulub.
Qeyd edilib ki, ATMU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr təlim-təcrübə müddətində bank qanunvericiliyi və sistemi, kreditin ümumi prinsipləri, müştərinin ödəniş qabiliyyətinin dəqiqləşdirilməsi, kredit faizlərinin hesablanması qaydaları və bu kimi digər məsələlər barədə məlumatlandırılacaqlar. Qazanılacaq nəzəri və praktik vərdişlər gələcəkdə bank sistemində çalışmaq istəyən ixtisaslı kadrlar üçün əhəmiyyətli olacaq.

ATMU-nun Mətbuat Xidməti