Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” layihəsi çərçivəsində tədbirlər keçirilib.
Məktəblilərə su ehtiyatlarının və atmosferin çirklənməsi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və digər ekoloji problemlər haqqında geniş məlumat verilib, problemlərin həlli yolları izah olunub. Ekoloji mədəniyyət səviyyəsinin ətraf mühitin mühafizəsinin səmərəli təminatının əsas amillərindən biri olduğu vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirlərdə ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramlarından və əhalinin ekoloji maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib.
Tədbirlər çərçivəsində şagirdlərin iştirakı ilə məktəbyanı sahədə iməciliklər keçirilib, abadlıq işləri aparılıb. Şagirdlər ekologiyaya, təbiətə həsr olunan şeirlər səsləndirib, müxtəlif səhnəciklər göstəriblər.
Layihənin əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərmək, şagirdləri ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə kömək göstərməkdir.

Kəmalə Rəhimli