“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

Layihənin məqsədi şagirdlərdə təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onlara təbii sərvətlərdən düzgün istifadə etməyi öyrətmək, ekoloji mədəniyyət və tərbiyə aşılamaq, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdır.
Layihə çərçivəsində 2016-2017-ci tədris ilinin yanvar ayı üçün ümumi təhsil məktəblərinə “Ekologiya və iqtisadiyyat” mövzusu təqdim olunub. Mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Bakının 12 inzibati rayonunun hər birində məktəblilər tərəfindən “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə elmi konfranslar, rəsm müsabiqələri, sərgilər təşkil edilir, araşdırmalar aparılır, məktəbyanı sahədə abadlıq işləri görülür. Layihə çərçivəsində təhsil müəssisələrində “Məktəb avadanlıqlarını qoruyaq və saxlayaq!”, “Yer kürəmizi qoruyaq!”, “Gəlin qənaət edək, israfçılığa yol verməyək, büdcəmizi qoruyaq!”, “Məni cırma, məni əzmə, məni oxu və qoru!”, “Tullantılara yenidən həyat verək!” şüarları altında aksiyalar keçirilir.
Yanvarın sonunda mövzuya uyğun olaraq “Ayın ən qənaətcil məktəbi” nominasiyası üzrə qalib məktəb seçiləcək.

BŞTİ-nin Mətbuat Xidməti


“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir

Oxşar xəbərlər