Ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” davam edir

Ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” davam edir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.

BŞTİ-dən Təhsil-press.az-a bildiriblər ki, layihə çərçivəsində fevral ayı məktəblərdə “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusuna həsr olunub. Mövzu üzrə Bakının 12 inzibati rayonunda məktəblilər tərəfindən elmi konfrans, müsabiqə, yarış, “açıq dərs”, sərgi və ekskursiyaların təşkil edilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.
“Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunun seçilməsinin məqsədi şagirdləri Azərbaycanın ekoloji tarixi, mədəniyyəti, incəsənəti barədə maarifləndirmək və onların diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına və mühafizəsinə yönəltməkdir.
Qeyd edək ki, fevralın sonunda mövzuya uyğun olaraq “Eko-etnoqrafiya şagirdlərin tədqiqatında”, “Ekoloji mədəniyyət və incəsənətin təbliği”, “Azərbaycanın ekoloji tarixi üzrə ən maraqlı araşdırma işi” nominasiyaları üzrə qalib məktəb seçiləcək.

Təhsil-press.az

Oxşar xəbərlər