İyulun 6-dan 8-dək Gəncə şəhərində “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil olunub.
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən düşərgədə Şəki, Goranboy, Qax və Samux rayonlarından 30 şagird iştirak edib.
Düşərgənin təşkil olunmasının əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir.
Düşərgədə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış ekoloji maarifləndirmə proqramı üzrə seminar və müzakirələr təşkil edilib. Məktəblilərə ceyranların Azərbaycanda məskunlaşdığı tarixi ərazilər, bu növün həyat tərzi, təbiətdə rolu, tükənməsi səbəbləri, reintroduksiyası və qorunması haqqında ətraflı məlumat verilib.
Hacıkəndə və Göygöl Milli Parkına təşkil edilən ekskursiyalar zamanı düşərgə iştirakçıları praktik məşğələlərdə təbiətdə ekosistem əlaqələrini və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, meşədə təhlükəsizlik qaydalarına riayət edərək istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, ceyranların həyat tərzi haqqında videofilmlərlə tanış olublar.
“Qafqazın böyük beşliyi: ceyran – təbiətin bəzəyidir” mövzusunda aparılan müzakirələrdə iştirak edən şagirdlər əhalinin müxtəlif sosial qruplarının təbii sərvətlərə münasibətindən danışıblar.
Sonda düşərgə iştirakçılarına və fəal məktəblilərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Tehsil-press.az