“Gənc ekoloqlar” layihəsinin icrası uğurla başa çatıb

“Gənc ekoloqlar” layihəsinin icrası uğurla başa çatıb Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə V kursda təhsil alan tələbəsi Mustafa Əsgərovun “Gənc ekoloqlar” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 140 tələbə peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlar ilə dərindən tanış olub, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparıblar.
Layihə üzrə poster yarışması keçirilib. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş ekoloji problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdiriblər. Sonda qalib komandanın üzvlərinə fərqlənmə diplomu təqdim olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyilə həyata keçirilib.

BANM-nin Mətbuat Xidməti


“Gənc ekoloqlar” layihəsinin icrası uğurla başa çatıb

Oxşar xəbərlər