Dərman vasitələrinin qiymətləri nə vaxt aşağı düşəcək?

Dərman vasitələrinin qiymətləri nə vaxt aşağı düşəcək? Azərbaycanda dərman vasitələrinin qiymətləri sonuncu dəfə ötən il noyabrın 28-də manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1,7196 olan zaman tənzimlənib.

Təhsil-press.az-ın məlumatına görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vəsaitlərinin qiymətlərinin tənzimlənməsi barədə keçirilən tədbirdə deyib.
İ.Məcidov qeyd edib ki, hazırda məzənnə bundan bir qədər yuxarıdır:
"Məzənnə bundan aşağı düşdüyü halda, dərman vasitələrinin qiymətləri də aşağı düşəcək, məzənnə fərqi 5 faizi keçdikdən sonra qiymətlərə yenidən baxılacaq".

Təhsil-press.az

Oxşar xəbərlər