“Ölkə əhalisinin dərman təchizatının yaxşılaşdırılması cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir”. Bunu Tehsil-press.az-a Milli Məclisin deputatı Musa Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
M.Quliyev bildirib ki, bundan öncə də Prezident bir neçə tədbirdə bu məsələyə toxunmuşdu və göstəriş vermişdi ki, ölkə əhalisinin dərmana əlçatanlığının təmin olunması üçün müvafiq tədbirlər görülsün: “Prezident İlham Əliyevin tövsiyəsi ilə Milli Məclisdə bu məsələ müzakirə olundu və dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi üçün “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edildi. Tarif Şurası tərəfindən görülən işlərin nəticəsi olaraq isə bu gün Azərbaycanda dövriyədə olan dərman vasitələrinin təxminən 85 faizinin qiyməti dövlət tərəfindən tənzimlənir”.
Deputat vurğulayıb ki, əhalinin dərman vasitələrinə əlçatanlığının yaxşılaşdırılması, keyfiyyətinə nəzarətin artırılması və qiymətlərinin aşağı salınması üçün vacib olan digər yol ölkədə dərman istehsalının təşkil olunmasıdır: “Prezident İlham Əliyev bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında da bu məsələni qaldırmışdı və müvafiq tapşırıqlar vermişdi. Bu sahədə artıq xeyli işlər görülüb və dünən Prezident İlham Əliyev qeyd etdi ki, Pirallahıda artıq dərman istehsal edəcək zavodun tikintisi planlaşdırılır”.
M.Quliyev bildirib ki, Azərbaycanda dərman istehsalına başlanması dərmanların qiymətinin aşağı düşməsinə səbəb olacaq, bolluq yaradacaq: "Eyni zamanda, yaranacaq rəqabətdə ölkəyə dərman idxal edən şirkətlər eyni tərkibli daha keyfiyyətli və ucuz dərmanları gətirməkdə maraqlı olacaqlar. Azərbaycanda dərman zavodunun tikilməsi çox mühüm məsələdir. Dərman ixracı imkanları əldə ediləcək".
Deputat həmçinin deyib ki, Azərbaycanda çox zəngin təbii dərman bitkiləri var: "Ölkədə dərman istehsalı zavodunun olması bu dərman bitkilərinin xammal kimi istifadəsinə şərait yaradacaq. Həm də kənd əhalisinin məşğulluğu artacaq. Dərman bitkilərinin qış aylarında istixana şəraitində böyüdülməsinə maraq yaranacaq ki, bu da kənd təsərrüfatının inkişafına təkan verəcək. Bütövlükdə cənab Prezidentin ortaya qoyduğu bu məsələ bir sıra sahələrdə inkişafa, əhalinin məşğulluğunun artmasına səbəb olacaq və vətəndaşların pul gəlirlərinin artması ilə yanaşı, sağlamlığının qorunmasına da xidmət edəcək”.
Tehsil-press.az