Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası Xarici İşlər nazirlikləri arasında Məsləhətləşmələr Planı” imzalanıb.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun rusiyalı həmkarı Sergey Lavrov imzalayıblar.
Nazirlərin görüşündə Azərbaycan və Rusiya liderlərinin iradələrinin ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm təkan verdiyi vurğulanıb. Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli tərəfdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə edərək, ötən 25 ildə ölkələrimiz arasındakı ənənəvi dostluğun və əməkdaşlığın dərinləşməsində mühüm nailiyyətlərə imza atıldığını qeyd ediblər. Azərbaycan və Rusiya arasında hərtərəfli əməkdaşlığın, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsində hökumətlərarası müştərək komissiyanın və hökumət üzvləri səviyyəsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu xüsusda Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığının genişlənməsinin xüsusi rola malik olduğu diqqətə çatdırılıb və birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.
Tərəflər parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunaraq, parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ölkələrimiz arasında dostluq və anlaşmanın inkişaf etdirilməsinə mühüm töhfə verdiyini bildiriblər. İki ölkə arasında müqavilə-hüquq bazasının 200-dən artıq müxtəlif sənədi əhatə etməsi müsbət hal kimi qiymətləndirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə dair fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov danışıqlar prosesində irəliləyişin əldə olunması üçün Azərbaycanın mövqeyi barədə həmkarına ətraflı məlumat verib.
Tərəflər Azərbaycanın və Rusiyanın Xəzər dənizinin sülh, dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirilməsinə dair ortaq baxışa malik olduqlarını bildiriblər.
Regional məsələləri müzakirə edən nazirlər üçtərəfli formatda Azərbaycan-İran-Rusiya əməkdaşlığının siyasi, iqtisadi və nəqliyyat imkanları baxımından regionlararası əməkdaşlığın inkişafında vacib amil olduğunu vurğulayıblar və bu xüsusda, 2016-cı ilin avqustunda üç ölkənin dövlət başçısının iştirakı ilə keçirilmiş Bakı görüşünün əhəmiyyətini qeyd ediblər. Həmçinin üçtərəfli regional əməkdaşlıq formatının genişləndirilməsi imkanları da nəzərdən keçirilib.
Nazirlər Azərbaycanın və Rusiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunublar və beynəlxalq gündəliyə aid qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan-Rusiya əməkdaşlığında humanitar əlaqələrin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bu baxımdan xüsusilə Azərbaycanda rus dilinə göstərilən qayğı, orta və ali təhsil müəssisələrində rusdilli bölmələrin fəaliyyəti, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması kimi müsbət məqamlar qeyd olunub.
Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Qeyd edək ki, görüşdən öncə nazirlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılış mərasimində iştirak ediblər.