Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sərgi açılıb

Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sərgi açılıb Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbullar Evində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə arxiv sənədləri sərgisi açılıb. Sərginin açılışında Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkələrimiz arasında münasibətlərin çoxəsrlik tarixə malik olduğunu bildirərək deyib: “Bu sənədlər ən yeni tariximizdə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın ardıcıl inkişafını əks etdirir. 1997-ci ildə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında saziş də daxil olmaqla, bizim münasibətlərin qurulması prosesini ümumiləşdirilmiş şəkildə göstərmək imkanımız var”.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov dəvətə görə S.Lavrova təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında hər il qarşılıqlı səfərlərin xoş ənənəsi qoyulub. “Diplomatik münasibətlərimizin 25 ili ərzində biz az iş görməmişik – 200-dən çox ikitərəfli sənədlər imzalanıb, qarşılıqlı münasibətlər təkcə Moskva-Bakı səviyyəsində fəal inkişaf etmir. Bizim, həmçinin Rusiyanın digər regionları ilə birbaşa əlaqəmiz var. Lakin görəcəyimiz işlər də çoxdur”, - deyə nazir vurğulayıb.

Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sərgi açılıbAzərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sərgi açılıbAzərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sərgi açılıbAzərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sərgi açılıb


Oxşar xəbərlər