Bakı Ali Neft Məktəbində (BANM) 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə rektor Elmar Qasımov bu ali təhsil ocağında çalışan qadın əməkdaşların timsalında Azərbaycan qadınlarını bayram münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt və firavan həyat, ailə səadəti, işlərində uğurlar arzulayıb. O deyib: “Əvvəllər qadından danışanda onun evdarlığı və ailəsinə diqqəti önə çəkilirdirsə, bu gün Azərbaycan qadını həyatın bütün sahəsində öndə gedir. Onlar ictimai həyatımızda fəal iştirak edirlər, uğurlar qazanaraq öz səslərini eşitdirməyi bacarırlar”.
Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququ əldə etdiklərini vurğulayan rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə cəmiyyətimizin ictimai-siyasi, elmi və mədəni həyatında qadınların rolu ciddi şəkildə artırılıb. Azərbaycan qadınlarının bütün sahələrdə qazandıqları uğurlar daim dövlət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev hər il bu əlamətdar gün ərəfəsində ölkəmizin ictimai-siyasi, təhsil, mədəni sahələrində fərqlənən xanımları fəxri adlarla təltif edir.
E.Qasımov qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxsahəli fəaliyyəti, ölkəmizin çiçəklənməsi və inkişafı üçün gördüyü işlər qadınlarımızın ictimai həyatda oynadıqları vacib rolun parlaq nümunəsidir.
Tədbirin bədii hissəsində BANM-in “Musiqi klubunun” üzvləri musiqili kompozisiyalar təqdim ediblər.

BANM-nin Mətbuat Xidməti